Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Taninmis jurnalist olum ayagindadir – Yenilendi

14 views08/11/2016

22:40

00:35 – xeber – 2016-11-08 12:44:00
 
Bu gün səhər saatlarında tanınmış jurnalist Zabil Müqabiloğlu 1 saylı Şəhər Kliniki Xəstəxanasının (Semaşko), reanimasiya şöbəsində yerləşdirilib.
 
Bu barədə Pia.az-a jurnalistin yaxınları məlumat verib.
 
1 saylı Şəhər Kliniki Xəstəxanadan Zabil Müqabiloğlunu müalicə edən həkim xəstənin vəziyyətinin sabit ağır olduğunu deyib.
 
Həkimin bildirdiyinə görə Zabil Müqabiloğlunun qaraciyərində bərkimə yarandığı üçün qan dövranında problem yaranıb və xəstənin qida borusunda vena partlayıb. Hazırda qanaxmanın dayandırıldığını bildirən həkim qeyd edib ki, təkrar qanaxma yaranarsa, bu xəstənin həyatı üçün təhlükəli ola bilər.
 
Xaitırladaq ki, Zabil Müqabiloğlu uzun illər boyu “Yeni Müsavat” qəzetində redaktor vəzifəsində çalışıb. Son illər isə təsisçisi olduğu “Gunxeber.com” saytına rəhbərlik edib.
 
2016-11-09 00:35:00
 
1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilən tanınmış jurnalist Zabil Müqabiloğlunun vəziyyəti çox ağırdır.
 
Modern.az bildirir ki, yaxınlarının bildirdiyinə görə, dünən səhər saatlarında 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Zabil Müqabiloğlu artıq palataya köçürülüb. Jurnalistin palataya köçürülməsini həkimlər onun yaşamaq şansının çox az olmağı ilə əsaslandırıblar.
 
Qeyd edək ki, Zabil Müqabiloğlu Zəngilan rayonundan məcburi köçkündür, Bakıdakı yataqxanalardan birində məskunlaşıb, evlidir, 1 azyaşlı oğlu var.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler