Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

"Suriyanin bu bolgesinde qeribe hadiseler bas verir"

8 views12/10/2017

22:17


[r32]
– xeber –
ABŞ Dövlət katibi Reks Tillerson Suriyada tək məqsədlərinin terrorizmlə mübarizə olması barədə bizi əmin etdi.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
XİN rəhbəri Suriyada amerikalıların nəzarətində olan ət-Tanf bölgəsində İŞİD terrorçularının olması ilə bağlı Vaşinqtondan izahat gözlədiklərini bildirib:
“Ət-Tanfda qəribə hadisələr baş verir. Orada xeyli İŞİD terrorçusu peyda olur. Bənzər durum İraq-Suriya sərhədində də mövcuddur. İraqdan axın-axın İŞİD terrorçuları gəlir. Tillersonla telefon danışığında ölkəsinin Suriyada yeganə məqsədinin terrorçularla mübarizə olduğunu bildirdi. Əgər belədirsə, bununla bağlı şübhələrimizi aradan qaldırmaq çətin olmayacaq. Güman edirəm bəzi suallara peşəkar şəkildə cavab veriləcək”.

axar.az



Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler