Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Suriyanin 34 bolgesinde silahlar susdu

17 views27/02/2016

12:40

14:32 – xeber – Suriyanın 34 bölgəsində atəşkəs rejiminə əməl olunur.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Baş Qərargahının nümayəndəsi Sergey Rudsko məlumat verib.
 
Onun sözlərinə görə, Suriya ordusu və 17 silahlı birləşmə atəşkəsə əməl edir:
 
“Rusiya yaşıl bölgədə, yəni bizə atəşkəs üçün müraciət edən silahlı qrupların yer aldığı bölgələrdə hava hücumlarını tamamilə dayandırıb. Suriya ordusu fevralın 23-də atəşkəsə razılıq verib”. 
 
Rusiya Müdafiə Nazirliyi də bu gün Suriyada hava əməliyyatı keçirmədiyini açıqlayıb. Suriyanın 34 bölgəsində qarşıdurmaların dayandığını açıqlayan nazirlik ABŞ-dan Suriyadakı atəşkəs bölgələri ilə bağlı xəritə aldıqlarını bildirib.
 
Qeyd edək ki, fevralın 22-də Rusiya lideri Vladimir Putinlə ABŞ Prezidenti Barak Obama arasında Suriyada atəşkəsin təmin olunması ilə bağlı razılıq əldə olunub.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler