Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Suret Huseynovun soragi Turkiyeden geldi – Neft biznesi

16 views25/11/2016

08:52

– xeber –
Türkiyədə kommersiya şirkətləri reyestrində yer alan məlumatlara əsasən, Surət Hüseynov bu ölkədə neft biznesi ilə məşğuldur. Bu sənədlərdə qeyd edilən 1959-cu il təvəllüdlü Surət Davud oğlu Hüseynova aid bütün şəxsi məlumatlar Azərbaycanın keçmiş Baş nazirinin şəxsi məlumatları ilə eynidir.
Azadlıq radiosu xəbər verir ki, “Detaş Dış Ticarət Anonim Şirkəti”nin qeydiyyat sənədlərində 4640593850 hesablı vergi nömrəsinin sahibi Surət Hüseynov idarə heyətinin üzvü olaraq qeyd olunur. 50.000 TL (14.5 min ABŞ dolları) nizamnamə kapitalına malik “Detaş Dış Ticarət Anonim Şirkəti” Türkiyədə Neft və neft məhsullarının ixrac və idxalını həyata keçirir.
Sabiq baş nazir Hüseynov Sürət Davud oğlu 1959-cu ildə fevralın 12-də Gəncə şəhərində anadan olub.
Surət Hüseynov 2016-cı ilin fevralın 5-də “Detaş Dış Ticarət Anonim Şirkəti”nin idarə heyətinin toplantısında şirkətin yeganə səhmdarı və idarə heyətinin sədri seçilib. O, bu vəzifədə Mahmud Cəlal Dərinkökü əvəzləyib.
Türkiyənin dövlət orqanları reysterində "Detaş Dış Ticarət Anonim Şirkət"inə aid oluğu qeyd edilən telefon nömrəsi işləmədiyindən qarşı tərəflə əlaqə yaratmaq cəhdimiz alınmadı.
Surət Hüseynov 1993-cü il iyunun Əbülfəz Elçibəyin hakimiyyətdən devrilməsində aparıcı rol aldıqdan sonra baş nazir təyin olunub.
Bir il sönra – 1994-cü il oktyabrın 7-də vəzifəsindən uzaqlaşdırılıb. Oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və "Milli Qəhrəman" adından məhrum edilməsi barədə qərar qəbul edib.
Bu qərardan sonra o, Rusiyaya qaçsa da, həbs olunaraq Azərbaycana ekstradisiya edilib. 2004-cü il martın 17-də Prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub. O zamandan bəri mətbuatda Hüseynovun Rusiyada və Dubayda bizneslə məşğul olduğuna dair məlumatlar yer alırdı. Amma hələlik nə onun özü, nə də yaxınları ilə əlaqə saxlayıb Türkiydəki biznesinə dair suallarımıza aydınlıq gətirə bilməmişik.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler