Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

SSRİ-nin yox eden meshur simalardan biri danisdi

14 views26/11/2016

23:04

– xeber –
Mən Boris Yeltsin və Leonid Kravçukla birgə SSRİ-ni məhv etməmişəm.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu TASS agentliyinə müsahibəsində Belarus parlamentinin keçmiş sədri Stanislav Şuşkeviç söyləyib. Onun sözlərinə görə, SSRİ 1991-ci ilin sonlarına yaxın çökmüş vəziyyətdə idi:
“Bu gün mən bizim böyük ölkəni parçalamağımız haqqında bütün şayiələrə və ittihamlara gülürəm. Bəli, SSRİ-nin böyük nailiyyətləri var idi. Bu ittifaq bizə qədər artıq yox olmuşdu. Onu Kommunist Partiyası özünün yarıtmaz siyasəti ilə yox etmişdi. Biz sadəcə vətəndaş müharibəsindən qaçmağa imkan tapdıq. Bütün imperiyalar süquta uğrayıb. Bu nöqteyi-nəzərdən SSRİ də axır-əvvəl çökəcəkdi. Son min ilə baxsanız, görərsiniz ki, bütün imperiyalar qanlı yollarla yox olub. Bu imperiya varlığına sülh yolu ilə son qoydu”.
Qeyd edək ki, 1991-ci il dekabrın 8-də Rusiya, Belarus və Ukrayna Belovejsk müqaviləsini imzaladı. Müqaviləyə əsassən MDB yaradıldı.
SSRİ-nin varlığına isə dekabrın 26-da son qoyuldu.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler