Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Son 49 ilin en boyuk surusmesi

8 views08/11/2016

20:36

22:31 – xeber – Şamaxıda sürüşmə sahələri aktivləşib.

Axar.az ARB Şəki-yə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində şəhərin Hüseyn Cavid küçəsində torpaq dərəyə doğru sürüşərək evlər üçün ciddi təhlükə yaradıb.

Sakinlərin sözlərinə görə, sürüşmə bir həftədir ki, fasiləsiz davam edir. 3 evin təhlükədə olduğu bildirilir. Torpaq qatı sürüşərək dərəyə doğru istiqamət alıb. Bir həyətyanı sahə tamamilə uçub. Yararsız hala düşmüş torpaq qatının altından qrunt suları çıxır. Torpaq sürüşməsinin baş verdiyi ərazidə eni 30 sm, uzunluğu isə 50-60 sm olan yarğanlar meydana gəlib. Artıq sürüşmə evlərə doğru hərəkət edir.

Ev sahibi Rafiq Abıyevin sözlərinə görə, indiyədək bu ərazidə sürüşmə baş verməyib: "1967-ci ildən burada yaşayıram. Hələ belə sürüşmə görməmişəm".

Sürüşmə son iki ayda daha da aktivləşib. Artıq evlərdə də çatlar yaranıb. Mövcud problemlə bağlı sakinlər lazımi qurumlara məlumat veriblər.
 

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler