Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Şok iddia: “Rus hakerler ABŞ-da seckini saxtalasdirib”

10 views24/11/2016

08:48

– xeber –
ABŞ-da bir qrup professor və aktivist Demokratlar Partiyasından prezidentliyə namizəd, sabiq dövlət katibi Hillari Klintona müraciət ünvanlayıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Donald Trampın qələbəsini həzm edə bilməyən demokratlar səslərin yenidən sayılması üçün çağırış ediblər.
Onların fikrincə, seçkilərdə böyük saxtakarlığa yol verilib.
“Nyu York Post” qəzetinin məlumatına görə, aktivistlər Rusiya hakerlərinin seçkilərə müdaxilə etdiyini deyiblər. Belə ki, Miçiqan, Pensilvaniya və Viskonsin ştatlarında elektron yolla verilən səslər hakerlər tərəfindən Trampın xeyrinə dəyişdirilib.
Bu səbəbdən Klintonda sözügedən 3 ştatda səslərin yenidən hesablanması üçün hərəkətə keçmək tövsiyə olunub.
Ekspertlər 55 min səs fərqi ilə məğlub olan Klintonun hələ də qalib gəlmək şansı olduğunu gizlətmirlər.
Xatırladaq ki, seçkilərdən əvvəl xanım Klinton başda olmaqla Demokrat Partiyasının bir neçə üzvü Rusiyanı kiber hücumda günahlandırmışdı.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler