Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Şok iddia: 11 sentyabr hucumunda İranin eli var

21 views11/03/2016

20:36

22:33 – xeber – ABŞ məhkəməsi 2001-ci ilin 11 sentyabrında Nyu Yorkda Əkiz qüllələrə edilən hücumun məsuliyyətini İranın daşıdığını iddia edib.

Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, ABŞ tərəfi İran tərəfindən hücumda həyatını itirənlərin yaxınlarına 10,5 milyard dollar təzminat ödənilməli olduğunu bildirib.

İranın xəbər agentliyi “Tasnim”in məlumatına görə, Nyu Yorkun federal məhkəməsinin hakimi Corc Daniels 11 sentyabr hücumunun məsuliyyətini İranın daşıdığını iddia edib.

Məhkəmə tərəfindən verilən qərara görə, İran hökuməti həyatını itirənlərin ailələrinə 7,5 milyard dollar təzminat ödəməli, həmçinin sığorta şirkətlərinin zərərinin qarşılanması üçün də 3 milyard dollar büdcədən ayırmalıdır.

Qeyd edək ki, daha öncə İranın hücumu təşkil edənlərə fəal dəstək verdiyi barədə məhkəməyə dəlillər təqdim edilmişdi. İranla yanaşı, hücumda məsuliyyət daşıdığı iddia edilən Səudiyyə Ərəbistanının adı siyahıdan çıxarılmışdı.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler