Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Şmulevic: “Erebler İsraille boyuk savasa hazirlasir”

9 views26/11/2016

06:48

– xeber –
İsraildə olan fəlakətli yanğınlar təsadüfi deyil.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində İsrail politoloqu Avram Şmuleviç paylaşıb. Onun sözlərinə görə, bunun vasitəsilə ölkənin nə qədər effektiv iflic olacağı yoxlanılır:
“Ərəblər bunu edərək yəhudilərin hansı tədbirlər gördüyünü müşahidə etmək istəyirlər. Onlar müharibəyə hazırlaşırlar. Suriyada sülh yaranacağı təqdirdə müharibə qaçılmaz olacaq. Suriyadakı sülh sünnilərlə şiələrin hansısa platformada barışması deməkdir. Biz hamımız bilirik ki, burada hansı platformadan söhbət gedir. Onlar yenidən yəhudiləri dənizə tökməyi planlaşdırırlar. Hizbullah artıq əvəzedilməz döyüş təcrübəsi yığıb, İsrail ordusunda isə bu yoxdur. Eyni şey Dəməşqdəki hökumət ordularına, sünni islamçılara, Suriyadakı İran ordularına aiddir. Rusiya ordusu və havadan müdafiə sistemləri də sərhədimizdir. Suriyada yaranacaq sülh sərhədlərimizdə nələrin formalaşdırdığını göstərəcək”.
Qeyd edək ki, İsraildə güclü meşə yanğınları başlayıb. Artıq ölkənin bir neçə şəhərinin əhalisi yaşadığı ərazidən köçürülüb.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler