Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Şirin Mirzeyev haqda film teqdim edildi – Video

57 views18/02/2016

23:40

01:38 – xeber – Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevə həsr edilmiş “Diqqət, mən 301-əm” adlı sənədli film təqdim edilib.
 
Axar.az “Qaziler.az”a istinadla xəbər verir ki, layihənin rəhbəri Şəmistan Əlizamanlı, rejissorları İlham Tumas və Nicat Cəlil, ssenari müəllifi isə Rey Kərimoğludur.
 
Film Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə Vətənpərvərliyin Təbliğinə Dəstək İctimai Birliyi tərəfindən çəkilib.
 
Ş.Mirzəyev haqda film Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Ağdam Rayon İcra Hakimiyyətinin birgə Quzanlı qəsəbəsində “Vətənin müdafiəsinə hazıram” mövzusunda keçirdiyi tədbirdə nümayiş etdirilib.
 
Milli Qəhrəmanın həyat yoldaşı Flora Qasımova çıxışında gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb. 
 

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler