Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

“Sevimli Dad” baglandi? – Aciqlama

24 views23/11/2016

11:44

– xeber –
Ölkədə kolbasa məhsulları istehsal edən ən iri şirkətlərdən biri olan “Sevimli dad”ın bağlanma xəbəri yayılıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, şirkətin müflis olduğu və mağazalarda məhsulların satışının dayandığı deyilir.
Xəbərdə xeyli işçinin ixtisar olunduğu və yanvardan müəssisənin tamamilə fəaliyyətini dayandıracağı qeyd olunub. Politika.az-ın məlumatına görə, buna səbəb alıcılıq qabiliyyətinin aşağı düşməsi və firmanın aylardır zərərlə işləməsi olub.
Məsələ ilə bağlı “Sevimli Dad”dan Axar.az-a bildirildi ki, istehsalın dayanması ilə bağlı yayılan xəbərlər doğru deyil:
“Bu barədə yazılanlar həqiqəti əks etdirmir. Gəlib baxa bilərsiniz. İstehsal davam edir, heç bir işçi işdən çıxarılmayıb. Ola bilər ki, bəzi marketlər bizim məhsulları almır, başqa şirkətlərlə əməkdaşlıq edir. Bu o demək deyil ki, zavod bağlanıb, istehsal dayanıb”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler