Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

“Sevilya”, yoxsa “Yuventus”?

13 views22/11/2016

08:44

– xeber –
Bu gün Çempionlar Liqasında V tura start veriləcək.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında yer alan klublar mübariz aparacaq.
E qrupunda “Monako” İngiltərənin “Tottenhem”i ilə üz-üzə gələcək. Knyazlıq klubu doğma azarkeşləri önündə məğlub olmasa, növbəti mərhələyə vəsiqəni təmin edəcək.
Moskvada “Bayer”lə qarşılaşacaq MOİK-in də qələbə qazanmaqdan başqa yolu yoxdur.
F qrupunda Dortmund “Borussiya”sı evdə autsayder “Legiya”yanı qəbul edəcək.
Portuqaliya paytaxtında “Sportinq”in qonağı olacaq “Real”a 1/8 finalçılar sırasına qoşulmaq üçün 1 xal da bəs edir. Hər hansı bir sürpriz baş verməsə, həm “Borussiya”, həm də “Real” son tur öncəsi minimum vəzifənin öhdəsindən gələcəklər.
G qrupunun məğlubedilməz lideri “Lester” autsayder “Brügge” ilə qarşılaşacaq.
Danimarkada “Kopenhagen”in qonağı olacaq “Porto” da işi son tura saxlamamaq üçün qalib gəlməyə çalışacaq.
Günün mərkəzi görüşü H qrupunda baş tutacaq: “Sevilya” və “Yuventus” qrup liderini müəyyən etmək üçün münasibətlərə aydınlıq gətirəcəklər.
Qrupun digər oyununda isə “Lion” Zaqrebdə “Dinamo”nun qonağı olacaq.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler