Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Seudiyye Erebistaninda sieler etiraza qalxdi

31 views02/01/2016

19:40

2 Yanvar 2016 21:35 – xeber –
Səudiyə Ərəbistanında şiə müsəlmanlar eiraz aksiyası keçiriblər. Ölkənin şərqində yerləşən El-Katif şəhərində küçələrə çıxan insanlar terrorçuluğa görə həbs edilən, şiə təriqətinə mənsub olan din adamı Ayətullah Nemr Bakır ən-Nəmrinin edam olunmasına öz etirazlarını bildiriblər.
Olkem.az virtualaz.org-a istinadən bildirir ki, etirazçılar hakim kral sülaləsi əleyhinə şüarlar səsləndiriblər
Öz növbəsində Bağdaddan olan şiə din xadimi Muktad əl-Sədr İraq hakimiyyətini ölkədə Səudiyyə Ərəbistanının səfirliyini bərpa etmək ideyasından imtina etməyə çağırıb.
Digər bir din xadimi isə deyib ki, Ayətullah Nemr Bakır ən-Nəmrinin edamı şiələrlə sünnilər arasında nifaqı gərginləşdirməyə yönəlib və regionda onsuz da sadə olmayan vəziyyəti daha da mürəkkəbləşdirə bilər.
Bir daha xatırladaq ki, Səudiyyə Ərəbistanında müxtəlif terrorların törədilməsində təqsirli bilinən 47 nəfər edam edilib. Onların arasında şiə təriqətinə mənsub olan din adamı Ayətullah Nemr Bakır ən-Nəmrin də olub.

milli.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler