Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Şertimiz yerine yetirilmese, Hecce getmeyeceyik – İran

10 views11/01/2017

18:04


[r32]
– xeber –
İran nümayəndə heyəti gələn ayın 23-də Səudiyyə Ərəbistanına səfər edəcək.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, İranın Ali dini lideri Əli Xameneinin Həcc Mərasimindəki nümayəndəsi Seyyid Qazi Əskər S. Ərəbistanına səfərlə bağlı açıqlama verib.
Əskər qeyd edib ki, S. Ərəbistanına səfər etməkdə məqsəd Həcc ziyarəti ilə bağlı danışıqlar aparmaqdır.
“İnanırıq ki, danışıqlarda müəyyən razılığa gələcəyik. Şərtlərimiz yerinə yetirilməsə, Həcc ziyarətində iştirak etməyəcəyik. Problemlər yoluna qoyulmalıdır”.
Qeyd edək ki, iki ölkə arasındakı münasibətlər 2015-ci ildə Minada baş verən faciədən sonra pisləşib. Həmin hadisədə 464 iranlı zəvvar ölüb. Tehranda Səudiyyə Ərəbistanı səfirliyinə hücumdan sonra iki ölkə arasında diplomatik əlaqələr kəsilib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler