Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

“Serkisyanin mesajlari sirin yuxu kimi qalacaq”

13 views21/11/2016

11:36

– xeber –
Azərbaycan öz ərazisi­ndə ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək.
Report xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
O bildirib ki, Azərbaycan dövləti heç zaman ərazisinin bir qarışının da qoparılmasına razı olmayacaq:
“Ona görə də, Sərkisyanın mesajları onun şirin yuxusu olaraq qalacaq. Dünya heç zaman Azərbaycanın razılığı olmadan onun bir qarış torpağının qoparılmasına razı olmayacaq. Azərbaycan mübarizəsini bu prinsiplər əsasında aparır və Ermənistan ilə danışıqlara da bu prinsiplər əsasında gedir. Hesab edirəm ki, Sərkisyan belə bir açıqlama veribsə, o zaman açıq şəkildə danışıqlardan çıxdığını bəyan etməlidir. Çünki danışıqlar məhz ölkələrin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı çərçivəsində beynəlxalq hüquq prinsipləri əsasında həyata keçirilir. Ermənistanın bu bəyanatı danışıqlara ziddir”.
O xatırladıb ki, gələn ay xarici işlər nazirlərinin görüşünün keçirilməsi gözlənilir:
“Onlar prezidentlərin görüşünü təşkil etmək kimi vacib işlə məşğul olacaqlar. Belə açıqlamalarla Sərkisyan görüşdən imtina etdiyini bildirir”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler