Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Serkisyan meni oldurmek ucun… – Caqinyan

10 views09/11/2016

18:00

19:54 – xeber – Ermənistanın hazırkı rejimi erməni xalqını talan edir. Serj Sərkisyan prezident yox, işğalçıdır. O, təkcə azərbaycanlılara deyil, ermənilərə qarşı da soyqırımı həyata keçirib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu fikirləri erməni hüquq müdafiəçiləri noyabrın 9-da Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində keçirdikləri mətbuat konfransında bildiriblər.
 
Mətbuat konfransını açan Milli QHT Forumunun prezidenti Rauf Zeyni qonaqları təqdim edib. O, noyabrın 8-də Bakıda “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxış” mövzusunda keçirilən beynəlxalq konfransın əhəmiyyətindən danışıb.
 
“Sərkisyan hakimiyyəti ölkəni şəxsi mənafeyini güdməklə, xalqı talamaqla idarə edir”, – deyən Ermənistanın “Meridian” qeyri-hökumət təşkilatının Azərbaycanda səfərdə olan sədr müavini, jurnalist Suzanna Caqinyan çıxışında Sarkisyan hakimiyyətinin təcavüzkar siyasətindən, Ermənistanda hökm sürən aclıq və səfalətdən danışıb. O deyib: “Ermənistanın hazırkı rejimi erməni xalqını talan edir. Serj Sərkisyan prezident yox, işğalçıdır. O, təkcə azərbaycanlılara qarşı deyil, erməni xalqına qarşı da soyqırımı həyata keçirib. Sərkisyan məni öldürmək üçün tapşırıq verib. Mən Ermənistanda hüquqların tapdanmasına qarşı mübarizə aparıram. Onlar məni izləyirlər, hətta terrorçuluqda belə günahlandırırlar. Ermənistanda hakimiyyət zəbt edilib. Xalqın vəziyyəti çox ağırdır”.
 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini qeyd edən Suzanna Caqinyan bildirib ki, bu münaqişə Ermənistana yalnız göz yaşı və bədbəxtlik gətirib. Ermənistandakı mövcud rejim bu münaqişədən istifadə edərək hakimiyyətə gəlib. Ona görə də bu rejim münaqişənin həllində maraqlı deyil. Ermənistan hakimiyyətinə Dağlıq Qarabağ münaqişəsini indiki vəziyyətdə saxlamaq çox əlverişlidir. Sərkisyan həmin torpaqlardan yalnız öz mənfəətini güdür.
 
Artıq Dağlıq Qarabağ münaqişəsini həll etmək vaxtıdır. Bu münaqişə Ermənistan hakimiyyətinin hazırda istifadə etdiyi metodlarla deyil, sülh yolu ilə həll edilməlidir. Bu münaqişə nəticəsində insanların həlak olması çox pis haldır. Bu hallar insanı dəhşətə gətirir. Biz bilirik ki, Azərbaycan Prezidenti münaqişənin sülh yolu ilə həllini istəyir. Təəssüf ki, Ermənistan hakimiyyəti bu məsələnin tənzimlənməsinə imkan vermir. Bu rejim öz xalqına qarşı da çox ədalətsizdir.

Dünən Azərbaycanda erməni ailəsində olduqlarını bildirən Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan deyib ki, bütün qonşular onların erməni olduqlarını bilirlər. Onlar 1988-ci ildən burada dinc yaşayırlar. Mən onların problemləri ilə maraqlandıqda heç bir çətinliklə üzləşmədiklərini vurğuladılar. Təəssüf ki, Ermənistanda bu, belə deyil. Çünki Ermənistan hakimiyyəti militarist, şovinist, faşist siyasəti yürüdür. Hələ sovet dövründə Ermənistanda xüsusi xidmət orqanları tərəfindən “ASALA” kimi terror təşkilatları yaradılıb. Bu təşkilatlar ermənilər arasında müsəlmanlara, xüsusən də azərbaycanlılara, türklərə qarşı düşmənçilik hissi aşılayıblar.
 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan Vaan Martirosyan bildirib ki, Ermənistanda hakimiyyətin dəyişməsi münaqişəsinin tənzimlənməsini sürətləndirə bilər. Erməni xalqı mövcud iqtidarı devirmək üçün ayağa qalxmasa, bu işğalçı rejim hakimiyyətdən getməyəcək. Sərkisyan rejimi Dağlıq Qarabağda törətdiyi qanlı cinayətlər sayəsində hakimiyyətə gəlib. Əgər münaqişə həll edilsə onlar da yox olacaq. Əminəm ki, onlar Haaqa Məhkəməsi qarşısında cavab verəcəklər. Onlar tökdükləri qanların, törətdikləri faciələrin hesabını mütləq verəcəklər.
 
Vaan Martirosyan vurğulayıb ki, Dağlıq Qarabağa muxtariyyət verilməsi münaqişənin müdrik həll yoludur. Heç kəs erməniləri oradan çıxarmağa hazırlaşmır. Vaxt keçdikcə iki xalq orada birlikdə sülh şəraitində yaşayacaq. İndi o torpaqlar boşdur, yüzlərlə insan ölür. Dağlıq Qarabağ ətrafındakı 7 rayon dərhal Azərbaycana qaytarılmalıdır. Azərbaycan işğala məruz qalan ölkə olsa da sülh tərəfdarıdır. Erməni xalqı da sülh istəyir. Ancaq Sərkisyan rejimi bu xoş niyyətin reallaşmasına imkan vermir.
 
“Beynəlxalq hüquq dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşılmasını tələb edir”, – deyən erməni yazıçı-publisist, ictimai xadim Vahe Avetyan bildirib ki, Ermənistanın beynəlxalq hüquqa saymazyana münasibəti uzun müddət davam edə bilməz. Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir. Hazırda Ermənistan hakimiyyətində Azərbaycanın ərazi bütövlüyünə hörmət edən siyasətçi yoxdur.
 
Vahe Avetyan Bakıda keçirilən “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxış” mövzusunda beynəlxalq konfransın siyasi, sülhməramlı fəaliyyət və digər bəndlər üzrə iş üçün fundamental baza yaratdığını bildirərək deyib: “Bizim bu konfransda iştirakımız xalq diplomatiyasının tərəfdarı olduğumuzu göstərir. Ermənistanda hakimiyyətlə eyni mövqedən çıxış edən ictimai hərəkatın bütün fəaliyyəti bizim azərbaycanlı həmkarlarla yaratmağa çalışdığımız prosesi dağıtmağa yönəlib.
 
Mənim Ermənistan-Azərbaycan münasibətlərinə həsr etdiyim kitab artıq çapa hazırdır. Bu kitabı Azərbaycanda nəşr etdirmək niyyətindəyəm, onun təqdimatını, satışını Bakıda təşkil etmək istəyirəm. Bu kitabın satışından əldə edilən gəlirin hamısını Ermənistandan və Qarabağdan olan qaçqınlara, məcburi köçkünlərə verəcəyəm.
 
Düşünürəm ki, mənim üçün vacib olan Azərbaycana gəlmək, burada Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etmək, qarşısında baş əymək idi. Mən bunu etdim. Bu işdə mənə kömək edənlərə təşəkkürümü bildirirəm”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor.
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler