Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Serhedler baglandi: Kansler tenqid etdi

32 views11/03/2016

15:16

17:09 – xeber – Balkan ölkələrinin sərhədlərini birtərəfli qaydada miqrantların üzünə bağlaması Almaniya və Yunanıstanı hərəkətə gətirib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bazar ertəsi Brüsseldə baş tutan sammitin ardından Şengen sisteminin davam etdirilməsi qərarı qəbul edən AB üzvləri miqrantların Balkan ölkələrindən keçidinin qarşısının alınması mövzusunda razılaşmışdı.
 
Ancaq bu qərardan dərhal sonra Sloveniya, Serbiya və Makedoniyanın sərhədləri bağlaması böyük mübahisə yaratdı. Avstriya Daxili İşlər naziri Yohanna Mikl-Lyatner Balkan ölkələrinin yanında yer alacağını açıqladı.
 
Avropadakı “Balkan çatı”na Tvitterdə münasibət bildirən AB Şurasının rəhbəri Donald Tusk Balkan ölkələrinin qərarını alqışlayıb. Bu mesajlara əsəbiləşən Yunanıstan Baş naziri Aleksis Çipras sosial şəbəkədə Tusku tənqid edib:
 
“Balkan ölkələrinin sərhədlərini bağlaması qanuni deyil. Belə getsə, AB-nin gələcəyi yoxdur. Donald Tuskdan ortaq qərarların həyata keçirilməsini gözləyirik, bu qərarları pozanları tərifləməsini yox”.
 
Almaniya kansleri Angela Merkel də Balkan ölkələrini tənqid edib. Merkel MDR radiosuna verdiyi açıqlamada miqrant böhranının həllində “milli qərarların” keçmədiyini deyib:
 
“Problem ölkələrin milli qərar verməsi ilə həll edilə bilməz. Birlik qaydaları çərçivəsində 28 ölkənin də xeyrinə olacaq bir yol tapmaq lazımdır”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler