Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Serheddeki bazaya hucum: olenler var

16 views02/01/2016

17:55

2 Yanvar 2016 19:50 – xeber –
Hücumdan sonra Pəncab ştatında təhlükəsizlik tədbirləri gücləndirib.
Olkem.az BBC-yə istinadən bildirir ki, Pakistanla sərhəd bölgəsində yerləşən Hindistanın hərbi bazasına hücum nəticəsində 4 silahlı və ən azı iki əsgər həlak olub, rəsmilər deyir.
Hərbiyyə Pathankot bazasına bir neçə saat ərzində davam edən həmlənin başa çatdığını bildirir.
Məlumata əsasən yaxşı silahlanmış hücumçular baza ərazisinə keçərkən hindistan hərbi formasında olub.
Hücum Pakistan və Hindistan liderlərinin Lahor şəhərindəki görüşü vaxtı sülh təşəbbüsünün elan olunmasından iki gün keçmiş baş verir.
Həmləyə görə cavabdehliyi öz üzərinə götürən olmayıb.
Hadisənin baş verdiyi Pəncab ştatında təhlükəsizlik tədbirləri gücləndirib. Bölgəyə əlavə əsgər gətirilir.
"Biz sülh istəyirik, lakin terrorçuların Hindistan torpağına hücumuna müvafiq cavab veriləcək", – Hindistanın daxil işlər naziri Rajnat Sinqh deyib.
Ölkələr arasında sülh prosesinə sadiq qaldığını bildirən Pakistan hücumu "terror insidenti" kimi pisləyib.

milli.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler