Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Serbiya: “Putin bizi qoruyacagina soz verib”

22 views11/03/2016

14:56

16:51 – xeber – Rusiya Kosovanın müstəqilliyini tanımayacaq.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimi Putinlə görüşdən sonra jurnalistlərə açıqlama verən Serbiya Prezidenti Tomislav Nikoliç söyləyib. Onun sözlərinə görə, Putin görüşdə Serbiyanın həm ərazi bütövlüyünün, həm də müstəqilliyinin qorunmasında daima Belqradın yanında olacağını bildirib. Nikoliç həmçinin Kremlin Kosovanın BMT-yə üzvlüyünə imkan verməyəcəyinə ümid etdiyini bildirib.
 
Qeyd edək ki, Serbiya Prezidenti Tomislav Nikoliç dünən Moskvaya səfər edib.
 
Serbiya keçmiş Yuqoslaviya ölkəsidir. 1991-ci ildə Kosovanın özünün müstəqilliyini elan etməsi ölkə daxilində toqquşmalara səbəb oldu. 1999-cu ildə NATO Kosovaya öz kontingentini yeridib və ölkənin idarəçiliyi BMT-yə verilib. 2008-ci ildə isə Kosova rəsmən öz müstəqilliyini bəyan edib və dünyanın 100 ölkəsi tərəfindən tanınıb. Azərbaycan da Kosovanın müstəqilliyini tanımayan ölkələr sırasındadır. 

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler