Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Sensasion kesf: Bu xesteliyin mualicesi tapildi

17 views22/11/2016

22:12

– xeber –
Cənubi koreyalı alimlər alzheimer xəstəliyinin müalicəsi üçün istifadə edilə biləcək molekul kəşf edib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Kim Younqsu və Yanq Seunqhun adlı alimlər nekrostatin-1 adlandırılan molekulun beyin hüceyrələrinin ölümünü və yaddaş pozğunluğunu azaltdığını qeyd ediblər. Bu molekul beyin üçün zərərli olan proteinlərin (beta və hiperfosforileytid tau) qarşısını alır.
Alim Younqsu kəşf etdikləri molekul haqda danışarkən bunları deyib:
"Bundan sonra alzheimer xəstəliyinin səbəblərini tapmağa və yeni müalicə metodlarını inkişaf etdirməyə daha çox zaman ayıracağıq".
Qeyd edək ki, təkcə Cənubi Koreyada təqribən 700 min demensiya (ağılsızlıq, ağılın zəifləməsi) xəstəsi var və bu sayın 2024-cü ildə 1 milyon nəfərə çatacağı ehtimal edilir.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler