Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Şekide qadin dem qazindan zeherlenerek oldu

10 views26/11/2016

07:08

– xeber –
Şəkidə 30 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə bu gecə saat 04 radələrində Şəki şəhəri, Süleyman Kazımov küçəsi ev 12 ünvanında baş verib.
1987-ci il təvəllüdlü Arzu Aydın qızı Əliməmmədova yaşadığı evin vanna otağında huşsuz vəziyyətdə qaynanası tərəfindən aşkar edilib.
Hadisə yerinə çağırılmış həkimlərin müayinəsi zamanı iki uşaq anası olan Arzu Əliməmmədovanın öldüyü müəyyən olunub.
İlkin ehtimala görə, o, dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Şəki prokurorluğunda araşdırma aparılır.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler