Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Seddami deviren sexs: “Tiflis NATO-ya uzv olmalidir”

11 views25/11/2016

06:32

– xeber –
Ağ Ev Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləməlidir.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözlər ABŞ-ın keçmiş Müdafiə naziri Donald Ramsfeldin “Vol Strit Jurnal” qəzetində dərc edilən məqaləsində yer alıb. Onun sözlərinə görə, Tiflisin NATO-da yer alması, Vaşinqtonun maraqlarına cavab verir. O, Gürcüstanın NATO qarşısında bütün öhdəlikləri yerinə yetirdiyini bildirib:
“Gürcüstanın Rusiya aqressiyasına qarşı dayana bilmə təcrübəsi var. Üstəlik, o, Türkiyə ilə sərhəddir və İranla da yaxşı münasibətlərə malikdir. Bu, bizə kəşfiyyat məlumatlarının mübadiləsi və əks-kəşfiyyat əməliyyatlarının aparılması üçün geniş imkanlar verir. Qərb artıq Rusiya müqavimətinin əsirinə çevrilməməlidir. Moskva Tiflisin Alyansa üzvlüyünə təxribat kimi baxır və artıq NATO üzvlərini də Tiflisi öz aralarında görmək fikrindən daşındıra bilib”.
Qeyd edək ki, Ramsfeld 2001-2006-cı illərdə ABŞ müdafiə naziri olub. Məhz onun dövründə ABŞ İraq və Əfqanıstana hərbi müdaxilə edib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler