Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Şamaxida torpaq ucqunu: Kendler tehlukede – Video

11 views21/11/2016

16:04

– xeber –
Təbii fəlakət artıq iki aya yaxındır ki, Şamaxını cənginə alıb.
Axar.az ARB-yə istinadən xəbər verir ki, rayonun Cabanı kəndində baş verən torpaq uçqunları daha təhlükəli vəziyyət alıb.
Yaşayış yerlərinə qədər irəliləyən sürüşmə səbəbindən sakinlər evlərindən didərgin düşüblər.
Kəndin bir hissəsində aktivləşən sürüşmə zolağında 3 ev artıq qəzalı vəziyyətə düşüb. Ötən gün baş verən növbəti sürüşmə evlərdə iri çatlara və dağıntılara səbəb olub. Axşam saatlarında sürüşmə gücləndiyindən sakinlər evlərində gecəliyə bilmirlər. Öncəki günlərdə otlaq sahələri və yol sürüşməyə məruz qalırdısa hazırda sürüşmənin miqyası artaraq evlərə doğru istiqamət almaqdadır. Sakinlərin sözlərinə görə, əgər sürüşmə bu cür davam edərsə kəndin bir hissəsini böyük təhlükə gözləyir. Bu evdə isə yaşayışın təhlükəli olması səbəbindən ailə köçürülüb.
Evi təhlükə altına düşən kənd sakini Kərim Qasımov mənbəyi bəlli olmayan yeratı suların sürüşməni gücləndirdiyini deyir: "Bir neçə həftə öncə kəndə baş vermiş sürüşmə nəticəsində dağılmış kənd yolu da hələ bərpa olunmayıb. Yaşamaq mümkün deyil".

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler