Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Salih Muslim: “Hebsi ciddi qebul etmirik”

7 views23/11/2016

11:56

– xeber –
PYD lideri Salih Müslüm Türkiyədə haqqında çıxarılan həbs qərarına münasibət bildirib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, kürd lider qərarı saxta adlandırıb:
“Saxta günahlandırma və həbs qərarının bir dəyəri yoxdur. Problem yaratmaq üçün ortaya atılıb, ancaq bizim üçün heç bir problem yoxdur.
Türkiyədə baş verənləri hamımız bilirik. Həbs qərarını ciddi qəbul etmirik. Mən Türkiyə vətəndaşı deyiləm. Suriyalıyam və öz xalqımı müdafiə edirəm.
Ayrıca, bu ilin fevralında baş verən teraktı pisləmişik və hadisənin bizimlə bağlı olmadığını bəyan etmişik”.
Müslim Suriyada federal idarəçilik sisteminə ehtiyac olduğunu və bunun reallaşması üçün çalışacaqlarını əlavə edib. Bundan başqa o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyada sünni dövləti yaratmaq istədiyini iddia edib.
Xatırladaq ki, Türkiyədə Saleh Müslümün də aralarında olduğu 48 nəfər barəsində axtarış elan edilib. Kürd lider bu ilin 17 fevralında Ankarada baş verən terror hücumunu təşkil etməkdə günahlandırılır.
Axtarışda olan şəxslər arasında Zübeyir Aydar, Rəmzi Qartal, Cəmil Bayık, Muraq Qarayılan və Fehman Hüseynin də adı var.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler