Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Şagird defterinde biabirci sehv eden sirketden aciqlama – Foto

11 views13/09/2017

12:34


[r32]
– xeber –
13:54
Azərbaycan məktəblilər üçün istehsal edilmiş dəftərlərin üzərində kobud səhvə yol verilib.
Avropa.info xəbər verir ki, “Oyal” şirkətinin istehsal etdiyi dəftərlərin üzərində Nəsrəddin Tusi dramaturq kimi göstərilib. Dəftərin üzərində “Elm səbəb, əməl isə nəticədir” sözlərinin müəllifi Nəsrəddin Tusi dramaturq kimi təqdim edilməsi çox kobud səhvdir.
Görkəmli Azərbaycan filosofu, alimi və dövlət xadimi Nəsrəddin Tusini dramaturq kimi göstərən şirkət təmsilçiləri bunun mətbəə xətası oluğunu deyə bilərlər. Amma bu cavab heç bir halda belə kobud səhvə bəraət qazandıra bilməz. Bu səhv ibtidai sinif şagirdlərində yanlış bilgilərin yer almasına səbəb ola bilər. Yaddaşında Nəsrəddin Tusini dramaturq kimi saxlayan məktəbli doğru məlumatla qarşılaşdıqda şübhələrə düşə bilər.
“Oyal” şirkətinin nümayəndəsi Etibar ƏIiyev Axar.az-a açıqlamasında baş verənləri "texniki yanlışlıq" adlandırıb: "Dəftərlərin üzərində getmiş şəhv texniki xətadır. Problemin aradan qaldırılması üçün mütləq müraciət ediləcək".
Onun sözlərinə görə, dərs ilinin başlamasına 2 gün qaldığı üçün dəftərlərin mağazalardan geri yığılması mümkünsüzdür:
“Biz dəftərlərin üzərində alimlərdən, filosoflardan, mütəfəkkirlərimizdən sitatlar gətirməklə maarifləndirmə siyasəti aparırıq, maraq yaradırıq. Səhv olubsa, aradan qaldırılacaq”.

axar.az



Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler