Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Saakasvilinin xanimi geri cekildi

12 views07/11/2016

21:24

23:21 – xeber – Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı, Vahid Milli Hərəkat Partiyasından deputat seçilmiş Sandra Rulofs noyabrın 7-də deputat mandatından rəsmən imtina edib. Xanım siyasətçi bununla bağlı Gürcüstan Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, MSK-dan verilən məlumata görə, Sandra Rulofs proporsional siyahı üzrə deputat seçilmişdi. O, Vahid Milli Hərəkat Partiyasının proporsional siyahısında ikinci olub.
 
MSK S.Rulofsu deputat mandatından məhrum edə bilməz. Bu barədə qərar parlamentdə qəbul edilməlidir. MSK S.Rulofsun yerinə mandat əldə edə biləcək şəxsi – partiya siyahısında 28-ci olan Georgi Qviniaşvilini parlamentə təklif edəcək.
 
Vahid Milli Hərəkat Partiyası parlament seçkilərində proporsional siyahı üzrə 27 deputat mandatı qazanmışdı.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler