Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Saakasvili resi muavinini iclasdan qovdu – Video

28 views27/02/2016

11:28

13:20 – xeber – Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili İqtisadi İnkişaf Şurasının iclasında Ukrayna Təhlükəsizlik Xidmətinin rəsmisindən zalı tərk etməsini istəyib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, iclasda Odessanın prokuroru David Sakvarelidze, polis rəisi Georgi Lortkipanidze iştirak etdiyi halda UTX-nin vilayət rəhbəri Sergey Batrakov gəlməyib.
 
“Mən UTX-nin bu münasibətinə dözmək istəmirəm. Siz qoz mafiyasını və digərlərini dəstəkləyirsiz. Hardadır UTX-nin vilayət rəhbəri? Birinci müavin, rəhbəriniz haradadır? İşdə? Ukrayna prezidentinin qurduğu bu şura UTX rəhbəri üçün iş deyil? Batrakov burda olmalıdı, kimdir ki bizi boykot edir? Qoy, UTX-nin rəisi təcili bura gəlsin”, – Saakaşvili bildirib.
 
UTX rəsmisi cavab vermək istəsə də, Saakaşvili əngəl olub və ondan zalı tərk etməsini tələb edib.
 

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler