Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

“Saakasvili prezidentin vezife teklifini redd etmeseydi…”

8 views08/11/2016

10:12

12:03 – xeber – Mixail Saakaşvili Ukrayna prezidentinin Pyotr Poroşenko Blokuna rəhbərlik etmək haqqında təklifini rədd edib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində ukraynalı deputat Sergey Leşenko paylaşıb. Onun sözlərinə görə, Saakaşvilinin istefası  hökumətin oyunlarının bir parçası olmaq istəməməsi ilə əlaqədardır:
 
“Bu korrupsioner qrupların bir hissəsi olmaq istəməyənlərə qarşı təzyiqin nəticəsidir. Saakaşvilini sevməyə bilərsiniz, amma bir şey bilmək lazımdır ki, o özündən sonra fəxr edilə biləcək Gürcüstan qoyub. Niyə Saakaşviliyə Ukraynada imkan verilmədi? Ona görə ki, o, prezidentin Pyotr Poroşenko Blokuna rəhbərlik etmək təklifindən imtina etdi. Poroşenko istəmirdi ki, prosesin qalibi başqası olsun. Acgözlük qorxulu şeydir”.
 
Qeyd edək ki, dünən Mixail Saakaşvili Odessa qubernatoru vəzifəsindən istefa verib. 

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler