Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Rusiyanin İŞİD-le bagli yaydigi goruntu saxta cixdi – Foto

7 views14/11/2017

14:51


[r32]
– xeber –
Rusiya Müdafiə Nazirliyi Suriyanın Əbu Kamal bölgəsindən İŞİD terror təşkilatının çıxmasının görüntülərini yayıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, 9 noyabra aid görüntülərdə İŞİD-ə aid konvoyun Suriya-İraq sərhədinə doğru hərəkət etdiyi vurğulanıb. Rusiya bu konvoyun beynəlxalq koalisiya qüvvələrinin nəzarətində olduğu bölgədən keçdiyini vurğulayıb və bununla da ABŞ-ı İŞİD-ə yardımda ittiham edib.
Moskvanın paylaşdığı görüntülər artıq sosial şəbəkələrdə müxtəlif iddialara səbəb olub. Belə ki, sosial şəbəkə istifadəçiləri bu görüntülərin simulasiya oyunlarının birindən götürüldüyünü iddia ediblər.
Tezliklə, Rusiya Müdafiə Nazirliyi öz Feysbuk və Vkontakte səhifələrindən sözügedən görüntüləri silib. Rusiya mətbuatının Müdafiə Nazirliyinə göndərdiyi sorğuya isə heç bir cavab verilməyib.

axar.az



Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler