Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Rusiyanin İrevani suretle silahlandirmasi… – Deputat

13 views25/11/2016

07:20

– xeber –
Rusiyanın Ermənistanı bu qədər sürətlə militaristləşdirməsi birbaşa ekspansiyadır.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Astan Şahverdiyev deyib. Deputatın sözlərinə görə, İrəvanın son addımları sübut edir ki, əslində, Ermənistan heç dövlət deyilmiş:
“Rusiya forpostu ilə nə cür istəyir, elə də davranır. Rusiyanın Ermənistanla birgə vahid ordu birləşmələri yaratmaq qərarını mənfi qiymətləndirirəm. Rusiya bütün dövlətlərin və millətlərin ərazi bütövlüyünü dəstəklədiyini bəyan etsə də, bu deklarasiyaya əks addımlar atır. Rusiyanın I Qarabağ savaşında nələr etdiyini bütün dünya bilir. Bu yaxınlarda bir türk diplomat çox yaxşı vurğuladı ki, Rusiya bütün dünyanın gözü qarşısında Qarabağı zəbt etdi. Azərbaycan məhz öz təhlükəsizliyini təmin etmək üçün silah alır. Ancaq Rusiyanın Ermənistanı bu qədər sürətlə militaristləşdirməsi birbaşa ekspansiyadır. Rusiyanın bu siyasəti İvan Qroznıdan gəlir. Yəni ictimai formasiya, quruluş dəyişir, ancaq siyasət dəyişilməz qalır”.
Getdikcə daha da gərginləşən Rusiya-ABŞ münasibətlərinə gəlincə, millət vəkili bu fonda qlobal müharibəni istisna edib:
“Lokal müharibələr davam edəcək, ancaq III Dünya savaşı baş verməyəcək. Çünki hegemon güclər – ABŞ, Çin, Hindistan, Pakistan və Rusiya nüvə silahına malikdir. Bununla zarafat etmək olmaz”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler