Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Rusiyadan inqilabi gedis: Qisa muddet sonra…

33 views27/02/2016

17:36

19:30 – xeber – Hazırda Rusiyanın həyata keçirdiyi monetar siyasətin arxasında dollardan asılılığın mümkün qədər azaldılması durur.
 
Bu barədə Axar.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov danışıb. İqtisadçı bildirib ki, Rusiyanın qızıl ehtiyatlarını sürətlə artırması sırf siyasi faktorlarla bağlıdır:
 
“Moskva Avrasiya İttifaqına daxil olan ölkələrdə öz milli valyutaları əsasında yeni ticarət əməliyyatlarına hazırlaşır. Bu plan iqtisadi prinsiplərdən daha çox siyasi amillərə söykənir. Buna görə də Rusiya Mərkəzi Bankı dünya bazarında qızılın ucuzlaşmasından maksimum yararlanır. Moskvanı hərəkətə keçirən ikinci səbəb isə FES-in həyata keçirdiyi monetar siyasət nəticəsində  2016-cı ildə bəzi ölkələrdə uçot dərəcəsinin artırılmayacağına dair formalaşan fikirlərdir. Bu üzdən də Mərkəzi Banklar öz valyuta ehtiyatlarını diversifikasiya edərək qızıl, dollar, funt-sterlinq, hətta bəzi hallarda Çin yuanında yerləşdirməyə üstünlük verirlər. Bu da sonrakı dövrlərdə risklərdən qorunma məqsədi daşıyır. Rusiya qızıl ehtiyatlarını bundan sonra da artıracaq. Moskva bununla dollardan imtina etməyə cəhd etsə də, son 50 ildə bu addımı təkrarlayan dövlətlər uğursuzluğa düçar olublar”.
 
Ekspert hesab edir ki, Rusiyanın yeni strategiyası sadəcə siyasi oyundur:
 
“Vaxtilə Çin və İran da belə bir riskə cəhd edib. Adətən belə yanaşma ortaya qoyan ölkələrin strategiyaları qısa müddətdən sonra çökür. Rusiya, Qazaxıstan, Belarusun arxasında dayandığı valyutaya dünya bazarları etibar etməz. Çünki bu ölkələrin siyasi rejimləri müvəqqəti, iqtisadiyyatları isə zəifdir. ABŞ dollarının arxasında dünya iqtisadiyyatının 25 faizi dayanır. FES-in məsələlərə yanaşması ilə Rusiya Mərkəzi Bankının yanaşması fərqlidir. FES bütün dünya iqtisadiyyatında baş verən trendləri nəzərə alaraq monetar kurs həyata keçirir. Hətta Çin iqtisadiyyatın böyüklüyünə və daha dayanıqlı olmasına baxmayaraq, yuanın dönərliyini uzun müddət təmin etmək problem yaradır. Çünki bu ölkədə də təkpartiyalı sistemdir və risklər böyükdür”.
 
Qeyd edək ki, Rusiya son zamanlar qızıl ehtiyatlarını artırır. Siyasətçilər bunu Rusiyanın dollardan imtina layihəsi kimi dəyərləndirirlər.
 
Onu da bildirək ki, bu gün qızılın unsiyası 18,40 dollar ucuzlaşaraq 1 220,40 dollara düşüb.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler