Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Rusiyadan Esede novbeti destek – "Yasil dehliz"

12 views22/11/2016

16:48

– xeber –
Bəşər Əsəd Rusiya layihələrinin Suriyada icrası üçün yaxşı şərtlər yaradacağı barədə bizə təminat verib. Həmçinin rəsmi Dəməşqlə “Yaşıl dəhliz” müqaviləsi də imzaladıq.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Dmitri Roqozin Suriya lideri Bəşər Əsəd və Xarici İşlər naziri Vəlid Müəllimlə baş tutan görüşü ilə bağlı “TASS”a danışarkən deyib.
O bildirib ki, müzakirələrin əsas mövzusu Rusiyanın Suriya üçün nəzərdə tutduğu iqtisadi yardım olub:
“Rusiya şirkətlərinin Suriyada fəaliyyəti ilə bağlı razılığa gəldik. Bu gün enerji və nəqliyyat sahəsində Əsədə önəmli layihələr də təklif etdik”.
Roqozin bundan əlavə iki ölkə arasında kənd təsərrüfatı məhsullarının idxal-ixracı ilə bağlı “Yaşıl dəhliz”adlı sadələşdirilmiş gömrük rejiminin tətbiqi barədə razılaşdığını da vurğulayıb.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler