Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Rusiya ve Ermenistan ordusu birlesdi

23 views08/11/2016

22:20

00:18 – xeber – Rusiya və Ermənistan Cənubi Qafqazda ordularını birləşdirir. 

Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Rusiya və Ermənistan Qafqazda kollektiv təhlükəsizlik zonası cərçivəsində ordularını birləşdirəcək. 

Mətbuatda yayılan məlumata görə, Rusiya Prezidenti Vladimir Putinə təqdim olunan layihədə birgə ordunun Qafqaz bölgəsində tərəflərin təhlükəsizliyini təmin etmək məqsədi ilə yaradılacağı qeyd olunub. 

Müqavilənin 5 il müddətinə imzalandığı və tərəflərin müddəti artırmaq ehtimallarının da olduğu vurğulanıb. Birgə ordunun əsas məqsədinin bu iki ölkədən birinə silahlı hücum olarsa, bunun qarşısının alınması olacağı bildirilib. Bu orduya Ermənistanın Ali Baş Komandanının komandanlıq edəcəyi, ancaq bütün addımları Rusiya Ali Baş Komandanı ilə məsləhətləşəcəyi qeyd edilib. Başqa sözlə desək, artıq Rusiya Ermənistan ordusunun komandanlığını da birbaşa özü edəcək.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler