Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Rusiya olum robotlarini Qerb serhedine gonderir – Video

11 views24/11/2016

22:32

– xeber –
NATO ilə münasibətləri günbəgün gərginləşən Moskva rəhbərliyi Polşa ilə sərhədə robot tanklar cəmləşdirir.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Rusiya Madiafiə Nazirliyinin yerləşdirdiyi silahlar arasında pilotsuz tankların çoxluğu diqqət çəkir.
Qeyd edək ki, “Robo-tank” adlı hərbi transpartyor 30 mm-lik 2A72 atomatik top, 7.62 mm-lik avtomatik snayper və 9M120 tank əleyhinə idarə olunan raketlə təchiz olunub. “Robo-tank”ın ayrıca termal görüntüləmə, lazer-hədəf kimi özəllikləri var.
Uzaqdan idarə edilən tank sələflərindən fərqli olaraq, daha sürətlə hərəkət edə bilir.
Sərhəddə yer alacaq digər super silah isə “ölüm robotu” adlandırılan “Platform-M”dir. Dörd ayrı raketi olan bu silah “Kalaşnikov” avtomatlarla təchiz olunub.
“Platform-M” qaranlıqda sərrast atəş aça bilir.
Rusiya Müdafiə Nazirliyi hazırlıq çərçivəsində Kalininqrada göndərilməsi planlaşdırılan nüvə başlığı daşıya biləcək “İskəndər” raketlərinin də görüntüsünü yayıb.
NATO da Rusiya ilə sərhədi gücləndirməkdə davam edir.
Soyuq müharibə dövründən bu yana ən böyük hərbi təşkilatlanma isə Rumıniya və Estoniyada davam etdirilir. Alyansın əsas hərəkətverici qüvvəsi olan İngiltərə bölgəyə canlı qüvvə, tank və döyüş təyyarələri göndərəcəyini açıqlayıb.
Beynəlxalq hərbi alyansın bu addımı Kreml tərəfindən heç də xoş qarşılanmır. NATO-ya qarşılıq verəcəklərini xatırladan Vladimir Putin “Bizi təhdid etməyə başlayan bu təsisləri hava hücumundan müdafiə sistemləri ilə nəzarətə götürməliyik”, – deyib. Prezidentin bu açıqlamasından az sonra Kreml Kaliningrada S-400 və “İskəndər” raketlərinin yerləşdiriləcəyini elan edib.
Moskvanın 2018-ci ildə istehsalını planlaşdırdığı “RS-28 Sarmat” adlı yeni raketi isə ötən ay dünya ictimaiyyətinə təqdim olunub. “Satana 2” kod adlı raket 11 min kilometr mənzilə sahibdir və daşıdığı 10 tonluq başlıqla Fransanı yer üzündən silə bilər.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler