Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Rusiya İrana S-300-leri vermekden imtina edir

15 views18/02/2016

21:56

23:49 – xeber – İndiyə qədər S-300 zenit raket komplekslərinin İrana göndəriləcəyi zaman müəyyən edilməyib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib. Onun sözlərinə görə, komplekslərin verilməməsinə əsas səbəb ödənişlə bağlı yaranan problemlərdir. O, həmçinin İrana S-300-lərin verilməsi ilə bağlı konkret zamanın müəyyənləşdirilməsinin hələ tez olduğunu bildirib.
 
Qeyd edək ki, 2008-ci ildə İrana qarşı tətbiq edilən sanksiyalar ucbatından Moskva Tehrana S-300 raketlərini verməkdən boyun qaçırıb. Bundan sonra İran beynəlxalq məhkəməyə müraciət edib. Keçən ilin aprelində Rusiya Prezidenti Vladimir Putin S-300-lərin İrana verilməsi ilə bağlı qoyulan qadağanı ləğv edib. Bunun ardınca İran tərəfi S-300-lərin ölkəyə 2015-ci ilin sonunda gətiriləcəyini desə də, bu, yerinə yetirilməyib. 

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler