Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Rusiya Cemilovun oglunu geri qaytarir

10 views24/11/2016

13:52

– xeber –
Həştərxan məhkəməsi Krım tatarlarının lideri Mustafa Cəmilovun oğlu Xayser Cəmilovun Rusiyanı tərk etməsinə izn verib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Cəmilovun vəkili Nikolay Polozov paylaşıb. O, Xayser Cəmilovun sabah həbsdən azad ediləcəyini bildirib.
Qeyd edək ki, Xayser Cəmilov 2013-cü ildə həbs edilib. O, Baxçasaray şəhərində mühafizəçini yaraladığına görə yaxalanıb. Krımın 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilməsindən sonra Cəmilov yarımadadan kənara aparılıb. 2015-ci ildə məhkəmə onu 5 il azadlıqdan məhrum etsə də, sonradan bu cəza müddətini 3,5 ilə endirib. Qanuni olaraq Cəmilovun cəza müddəti 2016-cı ilin noyabrında bitir.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler