Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Rusiya bunu etse, 300 milyonluq turk… – Yalcin Topcu

12 views21/11/2016

10:44

– xeber –
ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusiya böyük bir dövlətdir.
APA-nın məlumatına görə, bunu Bakıda jurnalistlərə açıqlamasında Türkiyə prezidentinin baş məsləhətçisi Yalçın Topçu deyib. O, 300 milyonluq türk dünyasının, 1 milyard 700 milyonluq islam dünyasının mövcud olduğunu xatırladıb:
“Əgər Rusiya kimi böyük dövlət terrorçu və işğalçı Ermənistana dəstəyini dayandırarsa və Qarabağda haqlı olan tərəfin yanında durarsa, bundan çox şey qazanar. Bu halda Rusiya 1 milyard 700 milyon insanın ürəyini, könlünü qazanmış olar. Rusiyanın belə bir ağılda olduğuna inanıram”.
Y. Topçu qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin böyük dövlət adamıdır:
“Bunu görürəm, bilirəm. İnşallah, qarşıdakı günlərdə Rusiya qarabağlı, şuşalı uşaqların atalarının, analarının torpaqlarına dönməsinə səbəb olan addımlar atar, Ermənistanın haqsız işğalına tezliklə son qoyular”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler