Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Rusiya Belarusa 4 min vaqon herbci gonderir

15 views28/11/2016

23:04

– xeber –
Rusiya gələn il Belarusa əvvəlki illərdən 80 dəfə çox hərbi texnika və hərbçi göndərəcək.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “Defence24.pl” saytı Rusiya Müdafiə Nazirliyinin rəsmi sənədlərinə istinadən yayıb. Belarusa göndəriləcək hərbi texnika və hərbçiləri üçün 4 min vaqondan istifadə ediləcəyi bildirilib:
“Keçən il Rusiya Belarusa hərbi texnika və hərbçi göndərilməsi üçün 125 vaqona ehtiyac duyub. Bu il isə bu göstərici 50 vaqon təşkil edib. Gələn il Moskva planlarının reallaşdırılması üçün 4126 vaqondan istifadə edəcək. Kreml belə bir addımı Qərb–2017 hərbi təlimi ilə əlaqədar atdığını iddia edir. Ölkə müxalifəti isə artıq Rusiyanın planından ehtiyatlanır. Müxalifətin fikrincə, genişmiqyaslı təlimlər ya ölkədə hərbi nəzarətin təmin edilməsi, ya da ki Ukrayna, Baltikyanı ölkələr və Polşaya hücum üçün nəzərdə tutulur”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler