Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Rusiya-ABŞ arasinda qalmaqal: "Çenenizi baglayin"

16 views27/02/2016

18:24

– xeber – Əgər belə bir danışıq tərzi amerikalı diplomatlar arasında geniş yayılıbsa, onda çənələrini bağlamağı iş yoldaşlarınıza əmr edin.

 

Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Tonerin rus diplomatları haqqında “İş görün, ya da çənənizi bağlayın” sözlərinə Feysbuk hesabında münasibət bildirərkən deyib.

 

Zaxarova amerikalı diplomatın bu danışıq tərzindən olduqca təəccüblədiyini bildirib:

 

“Suriyada atəşkəsin başlanması ilə bağlı Rusiya Müdafiə Nazirliyində mətbuat konfransı keçirildi. Mətbuat konfransı olduqca açıq və anlaşılan idi. Yəni Mark, rus tərəfi çənəni bağlamadan Suriyada baş verənləri hələ də öyrənmək şansınız var”.

 

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner rus diplomatları haqqında “İş görün, ya da çənənizi bağlayın. Rusiya Suriya siyasi proseslərlə bağlı sadəcə sözdə deyil, əməli şəkildə də fəaliyyət göstərməlidir”- deyə bildirmişdi.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler