Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

“Rus milletcileri bas naziri oldurmek isteyibler”

14 views07/11/2016

12:12

14:09 – xeber – Rus millətçilərindən ibarət qrup Monteneqro Baş naziri Milo Cukanoviçi qətlə yetirərək, müxalifəti hakimiyyətə gətirməyi planlaşdırıb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Monteneqro prokuroru Milivoye Katniç söyləyib. Onun sözlərinə görə, Cukanoviçə qarşı sui-qəsd hazırlayan qrupun nümayəndələri Rusiyadan gələn millətçilər olublar:
 
“Bu qrup baş naziri qətlə yetirərək müxalif qruplardan birini hakimiyyətə gətirməliydilər. Kriminal qrup Monteneqro, Serbiya və Rusiya ərazisində formalaşdırılıb. Sui-qəsdi bir nəfər uzaq məsafədən açdığı atəşlə həyata keçirməli idi. Hələlik Rusiyanın bu teraktda əlinin olması ilə bağlı sübut yoxdur”.
 
Qeyd edək ki, bundan öncə Serbiya mətbuatı Rusiyanı Monteneqroda çevriliş cəhdi hazırlamaqda ittiham edib. Monteneqroda həbslər başladıqdan sonra rəsmi Belqrad da buna dəstək nümayiş etdirib. Bunun qarşılığında isə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev təcili Serbiyaya gəlib və bu ölkənin bütün rəhbər şəxsləri ilə danışıqlar aparıb. Danışıqlarda məhz nəyin müzakirə olunduğu indiyə qədər sirr olaraq qalır. 

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler