Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Rus esger 7 ermenini oldurdukden sonra…

27 views11/03/2016

23:08

01:02 – xeber – Gümrüdə bir erməni ailəsinin yeddi üzvünü qətlə yetirməkdə ittiham olunan Rusiya əsgəri Valeri Permyakovun məhkəməsi davam edir.
 
ANS-in məlumatına görə, məhkəmə prosesi Ermənistan ərazisində keçirilir.
 
“2015-ci il yanvarın 12-də Avetisyanov ailəsinin qətlindən sonra Şırak polisinin bölməsinə naməlum şəxsdən zəng daxil olub. Həmin şəxs yarım saat əvvəl bankda axtarılan Rusiya hərbi qulluqçusunu gördüyünü bildirib”.
 
Bu barədə Avetisyanovların qətli haqqında bu gün keçirilən məhkəmə zamanı hakim Arutyün Movsisyan bildirib.
 
Növbəti zəng yanvarın 12-də saat 22:30-da daxil olub. Zəng edən Arman Andreyan bildirib ki, cinayətdə şübhəli bilinən Rusiya hərbi qulluqçusunu Proşyan kəndində Ermənistan Müdafiə Nazirliyinin binası yanında görüb.
 
Məhkəmədə Avetisyanovların qətli haqqında zəngin 12:25-də daxil olduğu bildirilib. Zəng edənlər Myasnikyan küçəsində yerləşən evlərdən birində güllə ilə öldürülənlərin olduğunu bildiriblər.
 
Bu gün məhkəmədə Gümrüdə Rusiya bazasının yeddi keçmiş əməkdaşının sorğusu planlaşdırılırdı. Ancaq Rusiya tərəfi Avetisyanov ailəsinin qətli haqqında iş üzrə şahidlər kimi onların olmasını təmin edə bilməyib. Beləliklə, prokuror sübutların öyrənilməsinin dəyişikliyinə görə bu işin sənədlərinin nəşrinə keçib. Ermənistanın məhkəmə orqanları tərəfindən aparılan məhkəmənin yekun qərarının nə zaman veriləcəyi dəqiq bilinməsə də, V.Permyakovu ən azı 10 il həbs cəzası gözləyir.
 
Qeyd edək ki, Valeri Permyakov keçən il yanvarın 12-də Gümrü şəhərində yerləşən Rusiyanın 102 saylı hərbi hissəsi yaxınlığında bir ailənin 7 üzvünü amansızcasına qətlə yetirib. O, Ermənistandan Türkiyə ərazisinə keçməyə cəhd göstərən zamanı sərhədçilər tərəfindən tutulub.
 
İstintaqın ilkin məlumatına görə, Gümrüdəki Rusiya hərbi bazasında qulluq edən Valeri Permyakov yanvarın 12-də hərbi hissəni icazəsiz tərk edib. Bundan sonra o şəhərdə evlərin birinə daxil olaraq Avetisyanlar ailəsinin 6 üzvünü qətlə yetirib və daha sonra xəstəxanada ölən 6 aylıq uşağı yaralayıb.
 
Səs-küylü qətl hadisə ilə bağlı Ermənistanda etiraz aksiyaları keçirilib. İrəvan və Gümrüdə nümayişlərə qatılan fəallar Gümrü bazasında saxlanılan Valeri Permyakovun Ermənistan hüquq-mühafizə orqanlarına verilməsini və Ermənistan məhkəməsində mühakimə olunmasını tələb ediblər. Aksiyada Rusiya bayrağı ayaqlar altına atılaraq tapdanıb.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler