Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Ruhani İrevanda da bu addimi atarsa…

13 views22/11/2016

12:36

– xeber –
İran Azərbaycanla səmimi münasibətlər qurmaq istəyirsə, Ermənistan siyasətinə göz gəzdirməlidir.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhaninin Ermənistana gözlənilən səfərini şərh edən politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçinin sözlərinə görə, İrəvan bu səfərin uğurlu keçməsi və müxtəlif sazişlər imzalanması üçün əlindən gələn hər şeyi edəcək:
“Həsən Ruhani iki dəfə Azərbaycana rəsmi səfər edib, Ermənistanda isə hələ bir dəfə də olmayıb. Tehranda anlayırlar ki, Ruhaninin Ermənistana səfəri Azərbaycanda haqlı narazılıq doğuracaq. Tehran Azərbaycanla səmimi münasibətlər qurmaq istəyirsə, Ermənistan siyasətinə göz gəzdirməlidir”.
Politoloq Ermənistanla sıx münasibətlər fonunda İranın İsarillə olan əməkdaşlığımızı arqument olaraq irəli sürməsini Tehranın bəhanəsi adlandırıb:
“Azərbaycan İsraillə əməkdaşlıqdan imtina etsə, İran da Ermənistanla əməkdaşlıqdan imtina edəcəkmi? Bu suala konkret cavab vermirlər, İranın bütün qonşularla, o cümlədən Ermənistanla normal münasibətlərə malik olmaq istədiyini bildirirlər. Demək, İsrail bəhanədir. Ancaq iranlı diplomatlar hər dəfə deyirlər ki, Azərbaycanın yeri onlar üçün başqadır, Terhan Azərbaycan və Ermənistanla müqayisədə Bakıya üstünlük verir. Buna inanmağımız üçün İran prezidenti Azərbaycanın ərazi bütövlüyü haqqında Bakıda söylədiyi fikirləri İrəvanda təkrarlamalıdır”.
Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani bu həftə Ermənistana səfər edəcək. Ruhani Ermənistandan sonra Qazaxıstan və Qırğızıstana yollanacaq.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler