Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Royanin qalmaqalli konsertine aydinliq getirildi

8 views26/11/2016

14:44

– xeber –
Əməkdar artist Röya Ayxanın produseri Kənan Bayramov müğənninin Heydər Əliyev Sarayında keçirilən konsertinə mətbuatın buraxılmaması haqda məlumatlara aydınlıq gətirib.
K.Bayramov Report-a açıqlamasında deyib ki, konsert mətbuat üçün qapalı deyil.
Onun sözlərinə görə, Röyanın əvvəlki konsertində mətbuatın iştirakı ilə bağlı bəzi problemlər yaranıb: “Əvvəlki konsertdə saraya qeydiyyatsız daxil olan jurnalistlər tamaşaçıların yerlərində əyləşmişdilər. Bu da problemlər yaratmışdı. Bunun qarşısını almaq üçün bu dəfə akkreditasiyadan keçməyən jurnalistlər konsertə buraxılmayıblar".
Qeyd edək ki, noyabrın 25-də Heydər Əliyev Sarayında R.Ayxanın 3 günlük konsert proqramı başlayıb. Konsert ayın 27-də yekunlaşacaq. Bir qrup jurnalist müğənninin çıxışını izləmək istəsə də, onlar konsertin keçirildiyi məkana buraxılmayıblar.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler