Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Roya yene jurnalistleri hedeledi – Foto

18 views28/11/2016

15:20

– xeber –
Özünə sığışdırıb akkreditasiyadan keçmək istəməyən media əhli! Sizin indiki yazılarınızı da anlayıram, oxucu sayı artırırsınız, amma həddinizi aşmamağı məsləhət görərdim.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Röya Ayxan konsertə buraxılmayan media nümayəndələrinin onun haqqında qələmə aldıqları yazılarla bağlı İnstaqram səhifəsində yazıb. O, mətbuat nümayəndələrini yenidən hədələyib:
“O məqalələri yazanlar gözümün önündə böyüyən balaca uşaqlardır. Və haçansa fanat idilər… Hər il eyni şeyi yaşayırıq, gəlin, artıq işimizi ciddi görək. Sizi qonaq da dəvət etdik, gəlmədiniz, qanuni şəkildə də dəvət etdik, istəmədiniz. Vallah, sizin pafosunuz məndən çoxdur. Konsertlər çox olacaq, xəbərlər də. Ona görə də gələcəyi düşünək, azyaşlı media əhli, qanunu öyrənin. Düşünürəm, bu, bir növ, uğursuzluqdandır, adım sizə halal olsun. Amma yenə də deyirəm, həddinizi aşmadan”.
Xatırladaq ki, Röyanın 25-26-27 noyabr tarixlərində Heydər Əliyev Sarayında keçirilən “Qadın” konsertinə bəzi media nümayəndələrinin buraxılmamasından sonra mətbuatda onun haqqında tənqidi yazılar dərc edilib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler