Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Rovneq Abdullayev Abbasi ile gorusdu

9 views08/11/2016

18:36

20:30 – xeber – SOCAR-ın prezidenti Rövnəq Abdullayev Abu-Dabidə keçirilən Beynəlxalq Neft Sərgisi və Konfransı çərçivəsində noyabırn 8-də Pakistanın neft və təbii ehtiyatlar naziri Şahid Xaqan Abbasi ilə görüşüb.

SOCAR-dan Axar.az-a verilən məlumata görə, Rövnəq Abdullayev Azərbaycan və Pakistanın dost ölkələr olduğunu, qarşılıqlı münasibətlərin yüksələn xətlə inkişaf etdiyini söyləyib. 

SOCAR prezidenti Azərbaycan neft-qaz sənayesinin son nailiyyətləri, şirkətin həyata keçirdiyi qlobal və regional layihələr barədə məlumat verərək bildirib ki, bu layihələr beynəlxalq miqyasda enerji təhlükəsizliyinin inkişafına xidmət edir. 

Son illər SOCAR-ın beynəlxalq enerji bazarına inamla daxil olduğunu söyləyən Rövnəq Abdullayev şirkətin xarici ölkələrdə həyata keçirdiyi investisiya proqramları haqqında da ətraflı söz açıb. 

Pakistanlı nazir əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib, görüşdə SOCAR-la Pakistan şirkətləri arasında əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Tərəflər neft və qaz sənayesinin müxtəlif sahələri, o cümlədən neft və neft məhsullarının treydinqi üzrə əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu qeyd edib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparıblar.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler