Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Rotsild: “Dunya iqtisadiyyati bu il de…”

25 views11/03/2016

13:44

15:33 – xeber – Dünya iqtisadiyyatı və maliyyə bazarlarındakı situasiya bu il də pisləşməyə davam edəcək.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu öz müştərilərinə göndərdiyi məktubda “RİT Kapital Partners” şirkətinin Direktorlar Şurasının məşhur rəhbəri Ceykob Rotşild söyləyib. Onun sözlərinə görə, bu pisləşmə daha çox neftin qiymətindən asılı olan ölkələrdə özünü göstərəcək:
 
“Biz fırtınanın düz ortasında qala bilərik. Son illər ərzində inkişafda olan ölkələrin bir çoxunun götürdüyü kreditlər dolların güclənməsi və neft bazarındakı çöküş ucbatından daha da bahalaşıb. Braziliya, Rusiya, Nigeriya, Ukrayna və Qazaxıstan kimi ölkələr artıq buna görə ciddi çətinliklərlə üz-üzədirlər. Xüsusilə Avropa Birliyi və ABŞ iqtisadiyyatının artımı açıq şəkildə zəifləyib. Üstəlik, risklər Yaxın Şərq böhranı, Böyük Britaniyanın Avropa Birliyindən çıxma imkanları ucbatından daha da artır”.
 
Qeyd edək ki, Rotşildlər dünyanın ən varlı ailələrindən hesab olunur. 19-cu əsrdə demək olar ki, Avropa maliyyə bazarlarının böyük hissəsinə təsir edən bu ailə hazırda da köhnə qitədə ən böyük banklar və transmilli şirkətlərin sahibidir. Rotşildlər həmçinin indiyə qədər öz varidatlarının nə qədər olduğunu açıqlamayıblar. 

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler