Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Respublika Elmi Konfransi basladi

33 views11/03/2016

10:28

12:23 – xeber – Azərbaycan Texniki Universitetində (AzTU) görkəmli iqtisadçı alim Şamil Səmədzadənin 80 illiyinə həsr olunmuş “Azərbaycanın qeyri-neft sektorunda innovasiya fəaliyyətinin genişləndirilməsi” mövzusunda Respublika Elmi Konfransı keçirilib.
 
Universitetdən Axar.az-a verilən məlumata görə, konfransı giriş nitqi ilə açan AzTU-nun rektoru, professor Havar Məmmədov alimin elmi-pedaqoji fəaliyyətindən, iqtisadiyyat elminə verdiyi töhfələrdən danışıb.
 
Konfransın plenar iclasında AMEA-nın müxbir üzvü, professor Akif Musayevin “Azərbaycanda iqtisadiyyatın riyazi və instrumental üsullarının inkişaf mərhələləri”, AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, iqtisad elmləri doktoru, professor Qorxmaz İmanovun “Respublikada innovasiya probleminin tədqiqində professor Şamil Səmədzadənin rolu”, Azərbaycan İqtisadçılar İttifaqı sədrinin müavini, iqtisad elmləri namizədi, dosent Elşad Səmədzadənin “Davamlı inkişaf Azərbaycanın uğurlu gələcəyinin təminatıdır” mövzularında məruzələri dinlənilib.
 
Tədbirdə Azərbaycan Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov, Milli Məclisin üzvü, Azərbaycan Kooperasiya Universitetinin rektoru, professor Eldar Quliyev və başqaları Şamil Səmədzadənin elmi yaradıcılığı və fəaliyyəti barədə danışıblar.
 
Respublika Elmi Konfransı 4 bölmə üzrə öz işini davam etdirir. 

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler