Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Reis muavini sehid polislerimizden yazdi

8 views09/11/2016

17:32

19:24 – xeber – Adını çəkmək istəmədiyim bir internet xəbər saytında  “Bərdədə polis rəisi şəhidlərimizin ruhuna hörmətsizlik etdi” sərlövhəli məlumatı oxuduqdan sonra, yadıma düşdü ki, təxminən üç ay əvvəl saytlardan birində də Abşerondan olan şəhid polisin ailəsinə istinadən “Atamın xatirə lövhəsini sökürlər…” başlıqlı bir yazı getmişdi. Mövzuları eyni olan hər iki yazıda əsassız olaraq iddia olunur ki, Abşeron və Bərdə Payon polis şöbələrinin həyətlərində şəhid polis  əməkdaşlarının xatirəsinə qoyulmuş büstlər guya həmin şöbələrin rəislərinin göstərişləri ilə götürülüb və bununla da şəhidlərimizə hörmətsizlik edilib. Ona görə də həm bu məsələlərə aydınlıq gətirmək, həm də şəhid və xidməti vəzifə borcunu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının adlarının əbədiləşdirilməsi sahəsində Daxili İşlər Nazirliyi tərəfindən mütəmadi olaraq həyata keçirilən tədbirlər, görülən işlər barədə ictimaiyyətə məlumat vermək qərarına gəldik.
 
Hamı yaxşı xatırlayır və həm də bilir ki, ölkəmizin hərbi təcavüzə məruz qaldığı, ərazi bütövlüyümüzün pozulduğu, silahlı qüvvələrimizin hələ yaranmadığı 1988-ci ildə azğın düşmənlə mübarizəyə ilk atılan məhz daxili işlər orqanlarında xidmət edən qəhrəman oğullarımız olub. Onların göstərdikləri şücaət və cəsarət sayəsində işğalçı layiq olduğu cavabı alıb. Torpaqlarımızın və orada yaşayan vətəndaşlarımızın müdafiəsi zamanı ön sıralarda döyüşən minə yaxın əməkdaşımız qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə  yüksəlib. Polis sıralarında xidmət edən övladlarımızın vətən və xalq qarşısındakı əvəzsiz xidmətləri bununla yekunlaşmır. Müstəqillik qazandıqdan sonra ölkədə ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi zamanı cinayətkarlıqla mübarizədə xidməti vəzifələrini sonadək yerinə yetirən 100 nəfər polis əməkdaşı da qəhrəmancasına həlak olub. Dövlətimiz və qədirbilən xalqımız onların hər birinin ruhunun şad olması, adlarının əbədiləşdirilməsi, qəhrəmanlıqlarının gələcək nəsillərə çatdırılması üçün zəruri olan bütün tədbirləri görüb və bu işlər hazırda da davam etdirilir. 
 
Şəhid və xidməti vəzifə borcunu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının adlarının əbədiləşdirilməsi, onların ailə üzvlərinə  diqqət və qayğının göstərilməsi  Daxili İşlər Nazirliyi rəhbərliyinin də daimi diqqətində olan vacib məsələlərdən biridir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin daha da gücləndirilməsi və təkmilləşdirilməsi məqsədilə daxili işlər naziri, general-polkovnik cənab Ramil Usubovun imzaladığı əmr və göstərişlər əsasında DİO-nun bütün yerli orqan və hissələrində şəhid və xidməti vəzifə borcunu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının adları əbədiləşdirilib, onların ailə üzvlərinin müraciətlərinə, üzləşdikləri problemlərin həllinə diqqət daha da artırılıb. Son illər DİO-nun yerli  orqan və hissələrinin inzibati binalarında, həyətyanı sahələrində aparılan tikinti, yenidənqurma, təmir və abadlıq işləri, həmçinin də şəhid və xidməti vəzifə borcunu yerinə yetirərkən həlak olmuş əməkdaşların adlarının əbədiləşdirilməsi sahəsində görülən işlərin təkmilləşdirilməsi ilə əlaqədar DİN-in xüsusi göstərişi olub. 
 
Bütün orqan və hissələrə göndərilən bu sənədin tələbinə əsasən şəhid əməkdaşların vaxtı ilə xidmət etdikləri orqan və hissələrin həyətlərində qoyulmuş  büstləri onların ailə üzvləri və yerli icra hakimiyyətləri ilə razılaşdırıldıqdan sonra şəhər və rayon mərkəzlərinin parklarına, xiyabanlarına ümumi şəhidlər məzarlığına köçürülüb və bu iş hazırda da davam etdirilir. Belə bir qərarın verilməsinin çox böyük əhəmiyyəti və səmərəsi oldu. Polis idarəsinin və ya şöbəsinin qapalı həyətində qoyulmuş şəhid büstünü, abidəsini orada xidmət edən əməkdaşlardan başqa görən yox idi. Yəni, bu büstlər yerli sakinlərin əksəriyyəti, rayona, şəhərə gələn qonaq, əcnəbi turist üçün necə deyərlər, əlçatan, gözgörən yerdə deyildi.  İndi isə yerli sakinlərlə bərabər hər bir şəxs istədiyi vaxt şəhid polislərimizin büstlərini, abidələrini ziyarət edə bilir, onların qəhrəmanlığı barədə öz övladlarına, gənc nəsilə ətraflı məlumat vermək imkanı qazanıb.   
 
O ki, qaldı vaxtı ilə xidmət etdikləri orqan və hissələrdə onların xatirəsinin əbədiləşdirilməsinə, bu da nazirliyin rəhbərliyi tərəfindən verilmiş rəsmi göstərişlə tənzimlənib. Belə ki, cənab nazir R.Usubovun imzaladığı 24 avqust 2016-cı il tarixli göstərişə əsasən, şəhid və xidməti vəzifə borcunu yerinə yetirərkən həlak olmuş əməkdaşların xatirəsinin əbədilişdirilməsi məqsədi ilə DİO-nun yerli orqanlarının və nizami hissələrinin inzibati binalarında xüsusi guşələr yaradılmış və orada şəhidlik zirvəsinə ucalmış əməkdaşlara dair dizayn baxımından ən müasir tələblərə cavab verən böyük foto-stendlər və albom yerləşdirilib. Qəhrəmancasına həlak olmuş hər bir polis əməkdaşının keçdiyi xidməti və döyüş yolu barədə şəxsi heyətə, xüsusən gənc əməkdaşlara mütəmadi olaraq məlumatlar verilir. Bundan əlavə, şəhid və xidməti vəzifə borcunun icrası zamanı həyatlarını qurban vermiş əməkdaşların ailə üzvlərinin müraciətlərinə, qarşılaşdıqları problemlərin həllinə diqqət daha da artırılıb, onların qanunla müəyyən olunmuş sosial hüquqlarının qorunması daim nəzarətdə saxlanılır. 
 
Bu işlərdən xəbərsiz, məlumatsız olanların nə deməsindən və necə yazmasından asılı olmayaraq əminliklə demək olar ki, ümumən ölkəmizdə, o cümlədən Daxili İşlər Orqanlarında bütün şəhidlərimizin xatirəsinin həmişə əziz tutulması, onların adlarının əbədiləşdirilməsi, ailələrinə olan diqqət və qayğının rəhbərlik səviyyəsində daim nəzarətdə saxlanılması sübuta ehtiyacı olmayan danılmaz bir faktdır və bunu xalqımız yaxşı bilir. Ona görə də şəhidlərimizə, onların ailə üzvlərinə olan diqqət və qayğıdan danışarkən və ya yazarkən qələm əhli, xüsusən də mətbuat nümayəndələri olduqca ehtiyyatlı olmalıdır. Bu mövzuda ağızdan-ağıza eşitdikləri hər söz-söhbəti ictimailəşdirməzdən öncə mütləq qaydada bunu aidiyyatı dövlət qurumları ilə dəqiqləşdirməlidirlər. Çünki şəhid haqqında deyilən, yazılan hər bir qeyri-dəqiq, yanlış məlumat onun ruhuna hörmətsizliklə yanaşı, həm də şəhidin ailə üzvlərinin kövrək qəlblərini incidir.  

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor.
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler