Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

“Region olkeleri problemlerini hell etmek iqtidarindadir”

3 views17/07/2017

23:51


[r32]
– xeber –
“Sepah”ın terror qruplaşmaları ilə bir cərgədə tutulması, ona qarşı sanksiyalar tətbiq edilməsi Amerika və onun regiondakı bazaları üçün böyük riskdir.
APA-nın məlumatına görə, bunu İran Silahlı Qüvvələri Baş Qərargah rəisi, ordu generalı Məhəmmədhüseyn Baqiri deyib.
“İrana qarşı yeni sanksiyalar yerli potensialın çiçəklənməsinə, özünə güvən və inkişaf üçün bir fürsətdir. İran İslam Respublikasının raket proqramı müdafiə xarakterlidir və bu, heç zaman müzakirə predmeti ola bilməz”, deyə Məhəmmədhüseyn Baqiri bildirib.
İraq Kürdüstanında referendumun keçirilməsinə toxunan M.Baqiri deyib ki, bu, bölgədə yeni problemlərə səbəb ola bilər: “Bu məsələni heç bir halda İraqın qonşu ölkələri qəbul edə bilməz. İraqın suverenliyi və ərazi bütövlüyünün qorunması bu ölkədə yaşayan bütün tayfa və din mənsublarının xeyrinədir”.
Ordu generalı həmçinin bildirib ki, Fars Körfəzi ölkələrində baş vermiş son gərginlik danışıqlar yolu ilə həll olunmalıdır: “Əminliklə deyə bilərəm ki, yeni hər hansı bir gərginlik təcavüzkarların bölgəyə girməsinə zəmin yaradacaq. Region ölkələri özləri-öz problemlərini həll etmək iqtidarındadır. Hegemon və regiondan kənar güclərin müdaxiləsinə ehtiyac yoxdur”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler