Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Ramil Usubov Şirvanda gorus kecirdi

33 views27/02/2016

14:24

16:19 – xeber – Daxili işlər naziri Ramil Usubov bu gün Şirvan şəhərində növbəti qəbul keçirib.
 
Nazirliyin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, tədbirdə Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab və Saatlı şəhər və rayonlarında yaşayan sakinlərin, eləcə də bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərin qəbula gəlmiş nümayəndələri ilə görüşən nazir onları narahat edən problemləri şəxsən dinləyib, müraciətlərin qanunvericiliyə uyğun şəkildə həlli üçün konkret tapşırıqlar verib.
 
Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı olan məsələlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb, digərlərinin aidiyyəti qurumlara göndəriləcəyi diqqətə çatdırılıb.
 
Bununla yanaşı, kütləvi informasiya vasitələrində əvvəlcədən verilmiş elanlara uyğun olaraq, həmin şəhər və rayonlarda yaşayan, polisin orta, sıravi və kiçik rəis heyəti vəzifələrində, həmçinin, Daxili Qoşunların sıralarında xidmət etmək istəyən 697 nəfər gənc də qəbulda iştirak edib. Onların arasından 155 namizəd polis orqanlarında, o cümlədən dövlət ali təhsil müəssisələrində hüquqşünas ixtisası almış 11 nəfər orta rəis heyəti vəzifələrinə, 115-i isə Daxili Qoşunlarda xidmətə qəbul üçün seçilərək sənədlərinin hazırlanması məqsədilə aidiyyatı baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib. 

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler